YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın əsas hədəfi bölgədə dayanıqlı sülhə nail olmaqdır

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu dünən öz işini uğurla başa çatdırmışdır. Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak etmişlər. Forum ərzində medianın fəaliyyəti ilə bağlı yeni çağırışlara cavab olaraq ən aktual mövzular ətrafında interaktiv müzakirələr aparılmışdır.  

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etmişdir. Bu göstəricilər tədbirin geniş coğrafiyasını   və beynəlxalq miqyaslı əhəmiyyətini əks etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 21-də Forumun açılış mərasimində iştirakı  dövlət başçısı tərəfindən bu tədbirin qlobal əhəmiyyətinə verilən qiymətin təzahürüdür. Ölkə rəhbəri bu mötəbər toplantının iştirakçılarının suallarını cavablandırarkən fikirlərini kifayət qədər əhatəli formada açıqladı. Cənab Prezidentin toxunduğu bütün məqamlar müstəsna əhəmiyyətə malikdir. Onlardan bəzilərinin üzərində dayanmaq istərdim.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı, həmşinin tarixi Zəfərdən sonra Azərbaycan həqiqətləri, dinc quruculuq işləri və bölgədə sülhyaratma prosesinə verdiyi töhfələr barədə real informasiyaların dünya ictimaiyyətinə  çatdırılmasında  medianın  rolunu yüksək qiymətləndirmişdir: “Mən hesab edirəm ki, bu gün Azərbaycan mediası bu istiqamətdə çox böyük işlər görür. Təbii ki, beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”. O, əlavə etmişdir ki, bizə atəlan bütün iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə, bu üstünlüyü təmin edən isə cəmiyyətdə möhkəm özül üzərində formalaşan həmrəylik və birlikdir: “…Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”.

Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və mövcud xüsusda cərəyan edən proseslərlə bağlı Azərbaycan Prezidentinin cavabları  nəinki forum iştirakçılarının və ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş, hətta dünya mediasında geniş əks-səda doğurmaqdadır. “Biz unutmamalıyıq ki, İkinci Qara­bağ müharibəsinin nəticələrinə baxma­yaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ide­yalarla yaşayır və onlar bunu gizlətmir­lər. Ona görə biz hər hansı bir ssena­riyə hazır olmalıyıq”, söyləyən Prezident İlham Əliyevin nitqindəki əsas məqamlardan biri budur. Çünki dövlətimizin başçısı hə­min revanşist qüvvələrin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mənfi təsirini hesablayır. Nəzərə alaq ki, bu təsir bütövlükdə Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın formalaşmasına təhdid törə­dən ciddi faktordur. Təhdid inkişafa maneədir. Azərbaycan isə regionun in­kişafında maraqlı tərəfdir, həm də bu inkişafın qarantıdır.

Ölkə rəhbərinin fikirləri zəfərimi­zin verdiyi üstünlüklərin Azər­baycanla Ermənistan arasın­dakı sülh prosesinin hazırkı dinamikasını xarakterizə edir. Bilavasitə həmin pro­sesə gəldikdə isə Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətini tənqid etməklə yanaşı, sülh prosesinə vasitəçilik baxımından müxtəlif qütb­lərin mövcudluğunu məqbul hesab edir. Prezident İlham Əliyevin də vurğu­ladığı kimi, Ermənistan Qarabağ da daxil olmaqla  Azər­baycanın 86,6 min  kv.km  ərazisini  tanıyıb. Növbəti mərhələ bu qəbullanmanın kağız üzərinə köçürül­məsidir. Dövlətimizin başçısının bildirdiyi kimi, bu, sonuncu mühüm məqamdır və ona çatmaq həm də regional sabitliyin və təhlükəsizliyin qərarlaşması prizmasında başlıca şərtdir. Hazırda Azərbaycan və Ermənistan arasındakı vasitəçilik insti­tutu həmin şərtin ödənməsinin təminatı baxımından mühüm platformadır: Azər­baycan Prezidenti bu platformanın üç tərəfi üzərində dayanır – ABŞ, Rusiya və Avropa İttifaqı. “Lakin, bu olmasa, biz onları məcbur edə bilmərik. Biz 28 il onları məc­bur edə bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər. Yalnız bunu güc hesabına məcbur etdik. Lakin, bu halda sülh ol­mayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə al­saq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstər­sin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik”.

Cənab İlham Əliyevin Azərbaycan–Ermə­nistan münasibətlərinin tən­zimlənməsi, sülh gündəliyi və vasitəçi tərəflər arasında rəqabət mühiti barədə fikirlərini səsləndirərkən, Rusiya amilinin üzərində dayanması da vacib məqamlar­dan biridir. Dövlətimizin başçısı İkinci Qa­rabağ müharibəsi başa çatdıqdan sonra Moskvanın təşəbbüsü öz üzərinə götür­düyünü deməklə Rusiyanın Azərbay­can və Ermənistanla əlaqələrini xatırlatmış və onun 10 noyabr Bə­yannaməsinin hazırlanmasındakı rolunu yüksək dəyərləndirmişdir. Lakin yeni geosiyasi vəziyyət fonunda burada müəyyən problemlərin yarandığını da istisna etməmişdir: “Daha sonra biz, əlbəttə, gördük ki, Rusiyanın digər məsələlərə bir balaca başı qarışdı və rəqiblər belə demək olar­sa, fürsətdən istifadə etdilər. Bu rəqabə­tin Cənubi Qafqaza hansı təsiri olacağını demək çətindir”. Azərbaycan Prezidentinin bu kontekstdə söylədiyi tarixi və siyasi bir məqam xüsusilə diqqətçəkəndir: “Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir”.  Yəni, Ermənistandan fərqli olaraq, Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq platforması olmalıdır.

Azərbaycan Respublikasıilə Rusiya Federasiyasıarasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli  Bəyannaməni iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu diqqət yönəldən cənab İlham Əliyev söylədi ki, müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixi çox zəngindir və hər iki tərəf əlaqələrin möhkəmlənməsini və konkret nəticələrə əsaslanan əməkdaşlığı hədəf götürüb. “Biz sizinlə bu münasibətlərin dərinliyini yaxşı bilirik və qarşılıqlı fəaliyyətimizin sahəsi kifayət qədər genişdir. Uzun illər Rusiyanın vasitəçi qismində mühüm rol oynadığı, həmçinin hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynadığı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin, məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması bu sahələrdən biri olub. Biz o günləri yaxşı xatırlayırıq. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında, - mən rəhbərlik arasında nəzərdə tuturam, - 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı. Bu səbəbdən də Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi… Buna görə də mən əminliklə deyə bilərəm ki, Bəyannamənin maddələri yerinə yetirilir”. Ona görə də zaman-zaman bu iki dost ölkənin münasibətlərinin korlanmasına göstərilən cəhdlər əbəs və mənasızdır, Bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir: “Başlıcası odur ki, rəhbərliklər səviyyəsində siyasi iradə mövcuddur. Burada media nümayəndələrinin təmsil olunmasından və sizin sabah və birigün həm əməkdaşlığı, həm də problemli məsələləri müzakirə edəcəyinizlə bağlı fürsətdən istifadə edərək demək istəyirəm ki, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz o kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir…  Ona görə düşünürəm ki, münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır”.

Prezident İlham Əliyev Şuşadakı Qlobal Media Fo­rumundakı çıxışında bunun Bakı–İrəvan münasibətlərinin hazırkı trayektoriyası baxımından mühüm əhəmiyyət daşıyan bir cəhətinə də toxundu. Söhbət Azər­baycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın sülh sazişinə Qarabağın erməni əhalisinin hüquq və təhlükəsiz­liyi ilə bağlı müddəa əlavə etmək cəhd­lərindən gedir. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan Qara­bağda yaşayan erməni əhalisinin hüquq­ları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. 

Sonda bir məqamı da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Er­mənistanla münasibətlər müstəvisində nikbinliyini də ifadə etdi, yekun mərhələyə çatılacağına ümidli olduğunu vurğuladı. Lakin, tamamilə məntiqlidir ki,  Ermənistan hakimiyyəti qey­ri-ciddi davranırsa, onun bun­dan sonrakı hərəkətlərinə dair proqnoz vermək də çətinləşir. Sülhün əldə edilməsinin müxtəlif həll yollarını aramağa sövq edir. Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə olmadığını dilə gətirən dövlətimizin başçısı getdikcə güclənən Azərbaycanın istənilən senariyə hazır olduğunu bildirdi. “Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik”.

O ki qaldı Ermənistanın siyasi dairələrinin və onların xarici havadarlarının təxribatçı hərərəkətlərinə və bunun təsiri altında Qarabağda son zamanlar baş verən hadisəlkərə, Prezident İlham Əliyev bir daha Laçın Xankəndi yolu üzərində sərhəd-nəzarət məntəqəsinin qurulmasını Azərbaycanın beynəlxaq normalara əsaslanan leğitim hüququ olduğunu  bildirmiş və son günlər burada nəzarətin daha da ciddiləşməsini Ermənistan tərəfindən müxtəlif vasitələrlə, o cümlədən BQXK-nə məxsus nəqliyyat vasitələri ilə Laçın dəhlizini qaçaqmalçılıq yolu kimi istifadə etmək cəhdlərinə cavab kimi əsaslandırmışdır.

Bir neçə ay bundan öncə Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün Azərbaycan tərəfindən təyin edilmiş xüsusi nümayəndə bu təmasların qurulması məqsədilə Qarabağa göndərilmişdi. Lakin onlar nümayişkaranə şəkildə qarşılıq vermədilər. Ona görə indi yenidən inteqrasiya məsələsi, Prezident İlham Əliyevin söylədiyi kimi,  Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. Bildiyiniz kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan əhalinin normal yaşayışını təmin etmək məqsədilə Azərbaycan tərəfindən Ağdam-Xankəndi humanitar yolu təklif edilmişdir. Lakin təxribatçı ünsürlər burada beton bloklarla yolu bağlayaraq etiraz aksiyaları təşkil etmişlər. Cənab İlham Əliyev hər zaman bütün məsələləri sülh yolu ilə həllinə üstünlük verdiyini vurğulayaraq, bu gülünc hərəkətləri məzhəkə adlandırmış və erməniləri sağlam və praqmatik düşüncəyə dəvət etmişdir: “Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər… Ancaq indi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar… Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir… Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq”.