YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazanılan böyük nailiyyətlər YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşmasını, minlərlə vicdanlı və əqidəli insanın partiya sıralarında birləşməsini Heydər Əliyev fenomeninin qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb. 

Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsasının qoyulduğu xüsusi qeyd olunub. Vurğulanıb ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına fəxri fərman təqdim edilib.