YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP ölkəmizin dinamik inkişafına töhfə verir

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub

İyulun 18-də Zirə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Xəzər rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biridir. Sıralarında 8 minə yaxın üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 18 iyul tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu söyləyib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev vurğulayıb ki, YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfəsini verib. 

Partiya fəalları Vətən müharibəsi şəhidi Ramil Yusifzadənın anası Reyhan Yusifova, 156 nömrəli tam orta məktəbin direktoru Bəhram Babayev və Gülər İsmayılova Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirməsindən danışıblar. 

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.