YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir - birindən əhəmiyyətli uğurlara imza atıb: “Partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür.”

Çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Yeni Azərbaycan Partyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana ən yüksək zirvələri fəth etdir, xalqımız tarixi Zəfərlər əldə edir.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının ilk sədri, partiyanın veteran üzvü Rafiq Mehtiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.
Sonra partiyanın veteran üzvləri Novruz Umudov, Vahid Əliyev, Ağali Kərimli, rayon ziyalıları Ramiz Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Yaqut Əşrəfova, gənc partiya fəalı, ərazi partiya təşkilat sədri Mais Bayramov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı alındı. Ulu öndər Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

Tədbirin sonunda YAP Kürdəmir rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə veteran partiya üzvlərinə və partiya fəallarına Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.