YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın özünə qayıdış tarixi

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə mərkəzdə yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsi ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendə baxış keçiriblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin bütün ömrünü xalqımızın rifahı, onun zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətinə həsr etdiyini vurğulayıb.

Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.