YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail ilə Azərbaycan hər zaman dost və müttəfiq olacaqlar

İyunun 28-də  Azərbaycan Respublikasının İsrail dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Muxtar Məmmədovun İsrailin Akko Şəhərində yerləşən "İsraildə Azərbaycan Evi"ndə İsraildə yaşayan diaspora üzvüləri ilə görüşü olub.

"İsraildə Azərbaycan Evi"nin məlumatında bildirilir ki‚  səfir Muxtar Məmmədovu əvvəlcə Akko şəhərinin meri Şimon Lankri şəxsən qəbul edib. Görüşdə meriya nümayəndələri ilə birgə  mərhum Arye Qutun oglu Aviel Qut və bacısı da iştirak ediblər.

Səfir Akko şəhərinin qədim "Atika" qalasında bir necə görüş keçirdikdən sonra, bu şəhərdə Dağ Yəhudilərinin mərkəzi olan "İsraildə Azərbaycan Evi"nin qonağı olub. Tədbiri giriş sözü ilə açan Akko şəhəri üzrə dag yahudiləri cəmiyyətinin sədri və "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaeli bütün tədbir iştirakçılarına üç dildə müraciət edib. Nexemiya Şirin Mixaeli Azərbaycan və İsrail dövlətləri arasındakı əlaqələrin daha möhkəmlənməsinin vacibliyindən və yəhudi xalqı ilə Azərbaycan xalqının min illiklərə söykənən qədim tarixi dostluğundan və mehribanlıq şəraitində yaşamasından danışıb.

Nexemiya Şirin əlavə edib ki‚ Azərbaycan lap qədimdən tolerant ənənələrə və muktikultural dəyərlərə malik ölkədir. Müsəlman ölkəsi olan Azərbaycanda heç bir zaman qeyri millətlərə və qeyri dinlərə qarşı ayrı-seçkilik və fərqli yanaşma müşahidə edilməyib - Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri və Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən bu dəyərlər daha da inkişaf etdirilib. Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün millətlərin və müxtəlif inanclı insanların mehribanlıq şəraitində yaşadığı ən nümunəvi ölkələrdəndir: “Heydər Əliyev yəhudilərə hər zaman doğma münasibət göstərmiş və bu gün bu doğmalıq cənab İlham Əliyev tərəfindən də yüksək şəkildə davam etdirilir. Azərbaycan İsrailin ən yaxın dostu və müttəfiqidir. Azərbaycan və yəhudi xalqları arasında sarsılmaz qardaşlıq münasibətləri var. Və bu əlaqələr daha da genişlənəcək.  Çünki əsrlər boyu suyunu içdiyimiz və çörəyini yediyimiz xalqına qardaş dediyimiz bu müqəddəs torpaq biz Dag Yəhudiləri üçün də Ana Vətəndir”

Daha sonra çıxış edən Qafqaz Dağ Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri‚ İsraildə Dağ Yəhudilərinin Parlament Lobbisinin Baş direktoru Pavel Elozarov çıxış edərək belə bir tədbirin təşkil edildiyi üçün "İsraildə Azərbaycan Evi"nin rəhbərliyinə öz minnətdarlığını bildirib. Pavel Elizarov Azərbaycan və İsrail dövlətləri arasındakı dərin dostluq və qardaşlıq münasibətlərindən geniş danışıb:  “Azərbaycan İsrailə ən yaxın dost və qardaş olan ölkələrdəndir və xalqlarımızın dostluğu qədimlərə söykənir. Bu səmimi dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənməsi və genişlənməsi istiqamətində daha da səmərəli çalışılmalıdır. İsrail və Azərbaycan hər zaman dost və müttəfiq olacaqlar”.

Görüşdə İsraildə yaşayan diaspora üzvləri‚ həmçinin İsrailin bir cox şəhərlərindən‚ o cümlədən Yerusəlimdən yazıçı Sara Raxmani, Rişon le Sion şəhərindən yazıçı Frida Yusufova, yazıçı Miryam Xeyli, Akko şəhərindən yazıçı və tərçüməci Şoşana Abramova və başqaları, eləcə də Dağ Yahudilərinin Baş ravvini Yaniv Naftali və həmçinin Tel Əviv‚ Natanya, Kiryat Yam, Kiryat Bialik şəhərlərindən də fəal diaspora və ictimayət nümayəndələri və İsraildə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmaelov da iştirak edib.

Səfir Muxtar Məmmədov bütün tədbir iştirakçılarını salamlayaraq‚ dostluq və qardaşlıq müstəvisində keçirilən görüş üçün, eləcə də İsrailin müxtəlif yerlərindən tədbirə qatılan iştirakçılara minnətdarlığını bildirib. 30 ildən sonra Azərbaycanın İsraildə Səfirliyinin açılmasından və İsrailə səfir olaraq gəlməsindən böyük məmnunluğunu bildirib. Azərbaycan və İsrailin etibarlı dost və qardaş ölkə olduğunu bildirən səfir həmçinin "İsraildə Azərbaycan Evi"ndə olmaqdan və hər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində görülən əməli işlərdən də öz məmnunluğunu ifadə edib. Səfir hər iki ölkə və xalqlararası əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi üçün səylərin daha da artırılmasının vacibliyini  vurğulayıb.