YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən beş ay ərzində inşaat işlərinə 1 milyard 188,2 milyon manat vəsait sərf edilib

Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 milyard 654,7 milyon manat məbləğində vəsait ayrılıb. Ötən beş ay ərzində həmin vəsaitin 1 milyard 188,2 milyon manatından istifadə edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-may aylarında 723,8 min kvadrat metr yaşayış sahəsi, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4548 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyasının tikintisi başa çatdırılaraq istismara verilib.

Bundan əlavə, həmin dövrdə Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və digər obyektlər istifadəyə verilib.