YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan əməkdaşlıq və dialoqun tərəfdarıdır

«Azərbaycan çox mürəkkəb bir regionda yerləşsə də mövcud şərtləri öz lehinə çevirə bilib». Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə baş məruzəçi Sahibə Qafarova AŞPA-nın yay sessiyası çərçivəsində çıxışı zamanı deyib.

S.Qafarova bildirib ki, bunun da başlıca səbəbəi Azərbaycanın yalnız əməkdaşlığa və qarşılıqlı maraqlara söykənən xarici siyasət həyata keçirməsidir. Eyni zamanda, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan bir ölkə kimi heç vaxt bu zənginliyindən başqa məqsədlər üçün istifadə etməyib. Onun sözlərinə görə, Azərbaycan yalnız əməkdaşlıq və dialoqun tərəfdarıdır.

«Əlbəttə son dövrlər baş verən hadisələr, xüsusilə Ukraynada yaşananlar narahatlıq doğurur amma bu kimi hallar Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər etməsini şərtləndirmir. Çünki Azərbaycan konyuktur və dövri maraqlara deyil, ardıcıl siyasi kursa əsaslanır. Azərbaycan onunla əməkdaşlıq etmək istəyən istənilən dövlətə və təşkilata qapılarını açır. Azərbaycan demokratik bir siyasi sistemə malikdir. Ölkədə siyasi hakimiyyəti xalqın iradəsinə əsaslanan seçkilər müəyyənləşdirir. Parlament Azərbaycanın inkişafında çox mühüm rol oynayır və indiki parlament əksəriyyət beynəlxalq müşahidəçilərin də təqdir etdiyi demokratik seçkilər əsasında formalaşıb. Bu gün Azərbaycan parlamentində Azərbaycan xalqının maraqlarını ifadə edən, seçicilərin dəstəyini qazanmış müxalifət partiyalarının təmsilçiləri də təmsil olunur. Xatırlatmaq istəyirəm ki, Azərbaycanın Seçki Məcəlləsi Avropa Şurasının Venessiya Komissiyası ilə əməkdaşlıq şəraitində və Komissiyanın tövsiyyələri nəzərə alınaraq hazırlanıb və qəbul olunub. Ötən seçkilərdə bu Məcəllə ilə seçkilərin keçirilməsi və uğur əldə olunması bir daha o reallığı ifadə edir ki, Azərbaycanda tam ədalətli, şəffaf və demokratik əsaslara söykənən seçki qanunvericiliyi bazası və mühiti mövcuddur. Bu isə ilin sonunda keçiriləcək parlament seçkilərinin tam ədalətli keçiriləcəyinə sonsuz inam yaradır»- deyə, S.Qafarova vurğulayıb.