YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçicilərlə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında yerləşən ofisdə növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev iştirak edib.

Deputat qəbul zamanı seçicilərin çoxsaylı müraciətlərini dinləyib.

Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edilib.

Sonda qəbula gələn vətəndaşlar müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Goranboy rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.