YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq və humanizm prinsipləri

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı mövcud ikitərəfli əlaqələrin dərin tarixi kökü vardır. XX əsrin əvvəlinə diqqət yetirsək, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin necə yüksək səviyyədə olmasını görə bilərik. Qardaş Pakistan dövləti həmin dövrdə ağır pandemiya şəraitində yaşayırdı. Onların üzləşdiyi ağır epidemiya ilə mübarizəsinə dəstək məqsədilə tanınmış azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvəndi qardaş ölkəyə göndərməsi faktı bütün dünyaya məlumdur.

2016-cı ildə Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblərin təmir edilməsi və bir sıra humanitar aksiyaların həyata keçirilməsi dostluq münasibətlərinin bu gün də yüksək səviyyədə qorunub saxlanmasına mühüm dəstəkdir. Bildiyimiz kimi Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra tanıyan ilk üç ölkədən biridir. Ümummilli Lider  Heydər Əliyevin apardığı müdrik xarici siyasət nəticəsində ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənmişdir. Digər bir xüsusi məqamı da qeyd etmək lazımdır ki, 2016-cı ildə Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblərin təmir edilməsi və bir sıra humanitar aksiyaların həyata keçirilməsi dostluq münasibətlərinin bu gün də yüksək səviyyədə qorunub saxlanmasına mühüm dəstəkdir. Pakistan dövlətinin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin “Heydər Əliyev ili”nə, həm də məhz 15 İyun- Milli Qurtuluş Gününə təsadüf etməs rəmzi xarakter daşıyır, eyni zamanda bu dünyaya verilən qardaşlıq mesajıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı cənab İlham Əliyev bir sıra xüsusi məsələləri ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.

Diqqət etsək görərik ki, Azərbaycan-Pakistan dostluğu və qardaşlığı hərtərəfli şəkildə yüksələn xətlə inkişaf edir. Bununla yanaşı Pakistan Baş nazirinin qeyd etdiyi kimi; Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Bəli, bütün bu qarşılıqlı səmimi fikirlər sarsılmaz qardaşlığımızı ifadə edir.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilib. Ona görə ki, Azərbaycan Prezidentinin apardığı düzgün və uzaqgörən siyasət beynəlxalq normlara uyğun şəkildə sülh, dostluq və haqq-ədalət prinisiplərinə əsaslanır.