YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Təzə Şilyan kəndində vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən iyunun 21-də Ucar rayon Təzə Şilyan kəndində seçiciləri ilə görüşüb.

Görüşdə Təzə Şilyan kəndində əhalinin əsas gəlir yeri kənd təsərrüfatı olduğu üçün seçicilər gübrələrin baha olmasından narazılıq etdilər, kənddə yeni çəkilmiş asfalt yolun təhlükəsizlik məqsədilə yol nişanları ilə təmin olunmasını, yeni iş yerlərinin yaradılması, kənddə xalçaçılıq sexinin tikilməsinə köməklik göstərilməsini, su bulaqları olmayan məhəllədə 5 ədəd su bulağının tikilməsini, eyni zamanda şəxsi problemlərin həllini xahiş etdilər.

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.