YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!”

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!” adlı konsert proqramı təqdim olunub.

Proqram Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi yad edilib.

Gəncə ŞİH başçısı Niyazi Bayramov çıxış edərək çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan Ümummilli Lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə silsilə tədbirlərin keçirildiyini qeyd edib, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salıb.

Sonra Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında Ulu Öndərə ithaf olunmuş mahnılar, musiqi nümunələri təqdim edilib.

Tədbirdə fəal iştirakına görə özfəaliyyət kollektivləri YAP Gəncə şəhər təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olunublar.