YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görülən işlərin uğurlu davamı

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri 

“XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər” söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirirdi ki, insanlara şeir, ədəbiyyat, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.

Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, ədəbiyyatı, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyünə görə doğma Azərbaycan üçün möhkəm baza formalaşdırıb. Hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsi də bu kimi məqamların təqdimatında öz sözünü dedi. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin, ədəbiyyatımızın öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Daim gənclərə bu çağırışı edirdi ki, tariximizi, ədəbiyyatımızı yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyun.

Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir.  “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Həmin yığıncaqda Prezident İlham Əliyev  həmçinin ədəbiyyat üzrə araşdırmaların davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: "Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik."  Cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili", 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsində də məqsəd Nəsimi irsinin, Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü  ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ili "Nəsimi ili", 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsi Ulu Öndərin bu istiqamətdə gördüyü işlərin uğurlu davamıdır.