YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin yeni inkşaf mərhələsi

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycanla Pakistan arasındakı əlaqələr qədim tarixi köklərə malikdir və hər iki dövlət daima bir-birinin yanında olmuş, bir-birini dəstəkləmişdir. Ölkələrimiz arasındakı əlaqələr günbəgün daha da dərinləşir və hər bir sahə üzrə yüksələn xətlə dinamik şəkildə inkşaf edir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri Azərbaycanla Pakistan arasındakı mövcud əlaqələrin daha da inkşafına böyük təkan verəcək.

Səfərlə bağlı mətbuata bəyanat verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mövcud münasibətlərimizin qardaşlıq münasibətləri olduğunu bildirərək bu münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı qardaş Pakistan Respublikasına işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmayan ölkə olduğunu xüsusi olaraq vurğuladı və bu qardaş mövqeyinə görə bir daha minnətdarlığını ifadə etdi. Bu fakt bir daha Ermənistanın dünya miqyasında heç bir nüfuza sahib olmamasını və dünya dövlətləri tərəfindən dəstəklənmədiyini, boykot olunduğunu göstərmiş oldu. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətinin nəticəsində mümkün olmuşdur. Zərgər dəqiqliyi ilə ölçüb biçilərək həyata keçirilən unikal xarici siyasət nəticəsində Ermənistanın işğal və terror siyasəti ümumilikdə  mövcud reallıqlar və ölkəmizin haqq səsi dünya ictimaiyyətinə çatmışdır.

Eyni zamanda cənab İlham Əliyev Azərbaycanın da öz növbəsində Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini ciddi şəkildə dəstəklədiyini və bundan sonra da  dəstəkləməyə davam edəcəyini diqqətə çatdırdı.  Daha sonra Ali Baş Komandanımız İlham Əliyev Pakistan Respublikasının Baş nazirinə Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı gedən danışıqlar haqqında məlumat verərək bildirdi ki, Ermənistan siyasi iradə nümayiş etdirməli və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir: “Qarabağ Azərbaycandır! Bəli, artıq dalana dirənmiş Ermənistnın yalnız və yalnız bir yolu var. Maşa dövlət olmaqdan və çoxüzlü siyasətdən əl çəkərək Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirmək.”

Daha sonra dövlətimizin başçısı ölkələrimiz arasındakı enerji, təhsil, müdafiə sanayesi sahələrində aparılan müzakirələr, mövcud prespektivlər haqqında ətraflı məlumat verdi. Mətbuata bəyanatında Azərbaycan Prezidenti beynəlxalq hüququn selektiv şəkildə tətbiqini vuğulayaraq bildirdi ki, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak etsə də bu danışıqlar heç bir nəticə vermədi. Azərbaycan yalnız hərbi gücü və qüdrətli ordusunun əzmi sayəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bəli, tarixə əbədi həkk olan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanı ağır məğlubiyyətə uğradaraq düşmənlərimizi doğma torpaqlarımızdan qovdu və Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi.