YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan tarixinin şanlı səhifəsi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bir neçə gün öncə dövlətçilik tariximizin şanlı tarix səhifəsi olan Milli Qurtuluş Gününün 30-cu ildönümünü xalqımız xüsusi qürur hissi ilə qeyd etdi. Milli Qurtuluş Gününü bizlərə bəxş edən Ümummilli liderimiz Heydər Əliyev milli birliyimizin, müstəqilliyimizin və suverenliyimizin xilaskarı kimi hər zaman Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin şanlı səhifəsini yazdı və ömrünün böyük hissəsini vətənə, millətə və dövlətçiliyimizə bəxş etdi.

90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi böhran vəziyyəti ölkəmizi parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz üzə qoymuşdur. Belə çətin bir dönəmdə isə xalqın ümid yeri xalqımızın dahi oğlu Heydər Əliyev idi və belə də oldu 9 iyun 1993-cü il tarixdə xalqın səsinə səs verən Ulu öndər Naxçıvandan Bakıya gəldi, xalq böyük izdihamla öz xilaskarını qarşıladı. 15 iyun 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra dərhal təxirə salınmaz tədbirlərə başladı və xalqı bu bəladan xilas etmək üçün düşünülmüş addımlar atdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının səsinə səs verən Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü.

1993-cü ilin iyunun 24-də Ulu Öndər Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı və Azərbaycan həm siyasi, həm iqtisadi, həm hərbi və digər mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə uğurlu yeni dönəmə qədəm qoydu.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də Ulu Öndər ideyalarına sadiq dövlətin rəhbəri kimi Azərbaycanın inkişafı və tərəqqisi yolunda böyük uğurlara imza atmaqdadır və bu gün hər bir Azərbaycan vətəndaşı öz Prezidentinin ətrafında sıx birləşmişdir.