YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat qazilərlə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Naftalan şəhəri və Goranboy rayonundan olan Vətən müharibəsi qaziləri ilə görüşüb. Görüşdə qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Goranboy rayon təşkilatının inzibati binasında keçirilən görüşdə deputat qaziləri salamlayaraq Vətən müharibəsi zamanı onların göstərdikləri fədakarlığa dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb. Anar Məmmədov 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin tarixinin ən şanlı səhifələrindən biri olduğunu deyib, bu qələbədə şəhidlərimizin və qazilərimizin xüsusi rol oynadığını qeyd edib.

Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daimi olacağını bildirən deputat Azərbaycan Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlar haqqında danışıb, Yaşat Fondunun və digər qeyri-hökümət təşkilatlarının müharibə iştirakçılarına göstərdiyi qayğıdan bəhs edib.

Anar Məmmədov bildirib ki, qazilərin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilatlara rəsmi müraciət olunub.

Qazilər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırıblar.