YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ulu Öndər şanlı Zəfərimizin möhkəm təməlini yaradıb

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində iyunun 21-də Şəki şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə partiyanın Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Gənclər Şəki Xan sarayı ilə tanış olub, Şəki Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Vətəninə, xalqına sədaqətlə xidmət edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi və misilsiz xidmətləri var.

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışan YAP Veteranlar şurasının üzvü, “91-lər”dən olan Tahir Məmmədov qeyd edib ki, Ümummilli Liderimiz Azərbaycanın parlaq gələcəyini təmin edib. O bildirib ki, Ulu Öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxararaq şanlı Zəfərimizin möhkəm təməlini yaradıb. Bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov vurğulayıb ki, Heydər Əliyevin əbədiyaşar ideyalarının gənc nəslə aşılanması müstəsna əhəmiyyətə malikdir: “Ulu Öndər hər zaman gənclərə hərtərəfli qayğı göstərib. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət yetirir. Gənclər Ümummilli Liderin müəyyənləşdirdiyi yolla getməlidir. Çünki bu yolun alternativi yoxdur. Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir”.

Sonda gənclərin sualları cavablandırılıb.