YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya nümunə olan dostluq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Son zamanlar reallaşdırılan qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır. Dünyanın diqqəti bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra ölkəmizə ilk dövlət səfərinin ardınca Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin gəlişinə yönəldi. Üç qardaş ölkənin dünyaya nümunə olan dostluğu, qardaşlığı bu gün yeni istiqamətlərdə uğurla inkişaf edir.  

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ili iyul ayında Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Bakıda toplaşaraq imzaladıqları Bəyannamə ilə əlaqələrin sonrakı inkişafına dəstəklərinin yol xəritəsini təqdim etdilər. Üçtərəfli formatda davam edən   əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə edir. İllərdən bəridir Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Parlamentlər səviyyəsində platformanın yaranması təklifi Azərbaycana məxsusdur. Hədəf üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək, gücləndirməkdir. Tərəflər bu bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tutur. Bu günə qədər də Azərbaycan millət vəkillərinin olmadığı beynəlxalq platformalarda Türkiyə deputatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Azərbaycanlı deputatlar da Türkiyə millət vəkillərinin olmadığı platformalarda eyni mövqedən çıxış ediblər. Üç ölkə arasında iki və çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığın parlamentlərdəki daimi komitələr, dostluq qruplarının iştirakı ilə inkişaf etdirilməsi sənəddə nəzərdə tutulan əsas şərtlərdəndir.

Qeyd etdiyimiz kimi, bu gün dünya Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətlərinin inkişafında qardaşlığın, səmimiyyətin əsl nümunəsinin şahidi olurlar. Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin mətbuata birgə bəyanatlarına diqqət yetirdikdə bu mühüm məqam hər birimizi qürurlandırır ki, söylənilən fikirlərin mahiyyətində iki qardaş ölkənin münasibətlərinin qarşılıqlı etimada əsaslanması dayanır. Pakistanın Baş nazirinin Prezident İlham Əliyevin liderliyinin və böyük səylərinin nəticəsi olaraq Azərbaycanın inkişafı ilə bağlı səsləndirdiyi səmimi fikirlər diqqətdən kənarda qala bilməz. Qardaş ölkənin Azərbaycanın yaşıllaşdırma təcrübəsinin öyrənilməsinə və tətbiqinə ehtiyacı olduğu  böyük səmiyyətlə söylənildi. Cənab Məhəmməd Şahbaz Şərif, həmçinin bildirildi ki, Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir: “Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik.”

Səfər çərçivəsində keçirilən görüşlərdə ənənəvi və bərpa olunan enerji sahəsində mövcud imkanlar geniş müzakirə edildi, hədəflər açıqlandı. Hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq iki dost ölkənin bu sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələri münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Müdafiə sənayesi, təhsil sahəsində əməkdaşlıq da əsas prioritetlər sırasındadır. Ümumilikdə dost ölkələr bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdırlar və bunu əməli fəaliyyətləri ilə təsdiqləyirlər.