YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistan günü-gündən geriləyir

«Ermənistan günü-gündən geriləyir. İqtisadiyyatı, siyasəti, hərbi zəifləyən Ermənistanın indiki rəhbərliyi bütün bunların hamısının əvəzini yalanlarla kompensasiya edir». Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, indiki mərhələdə Ermənistanda baş verən proseslər bu ölkəyə çox ciddi təsir edəcək. Onun sözlərinə görə, bizim ən böyük qələbəmiz isə məhz Ermənistan üzərində qələbə olacaq.

«Biz buna addım-addım yaxınlaşırıq. Demək olar ki, siyasi fəaliyyətimizlə biz bu qələbənin təməlini artıq qoymuşuq. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin böyük sülh sazişi ifadəsini işlətməsi, zəngilanlı qaçqınlarla görüşməsi bunu bir daha sübut edir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində beynəlxalq təşkilatların, ölkəmizin strukturlarının səyləri artıb. Əvvəllər bununla təkcə Müdafiə və Xarici İşlər Nazirlikləri məşğul idisə, indi bu prosesə digər strukturlar da qoşulub. Biz hərtərəfli Ermənistanla mübarizə aparırıq və bu yolda qalib gələcəyimizə inanırıq»- deyə, politoloq qed edib.