YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Ələkbərov: Yarışların yüksək səviyyədə təşkili Avropa Velosipedçilər Birliyinin rəhbərliyini heyran etdi

İyunun 22-də Bakıda Avropa Velosipedçilər Birliyi Rəhbərlər Komitəsinin növbəti iclası keçirilib. İclasda Avropa Velosipedçilər Birliyinin inkişafında çox ciddi dəyişiklərə səbəb olacaq məsələlər müzakirə edilib. İclasın Bakıda keçirilməsi təsadüfi deyil. Birlik rəhbərliyi “Bakı-2015” ilk Avropa Oyunlarının gedişini izləmək üçün ölkəmizə gəlib. İyunun 21-də onlar şose velosiped idmanı üzrə yarışları da izləyiblər.

Bu sözləri müsahibəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib. Vitse-prezıdent bildirib ki, Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartient yarışların çox yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanda dövlətin idmana diqqət və qayğısından məmnunluğunu bildirərək deyib: “Düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi velosiped idmanının inkişafına təkan verəcək. Biz birinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini gözləyirdik. Çünki buna ciddi hazırlaşmışdıq, əlimizdən gələni etmişdik. Xaricilər isə Avropa Oyunlarının belə yüksək səviyyədə təşkil olunacağına inanmırdılar. Ancaq Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışların yüksək səviyyədə təşkili onları heyran etdi.

Azərbaycan milli yığmasının böyük nəticələr göstərdiyini, idmançılarımızın komanda hesabında 2-ci yerdə getdiklərini qeyd edən Sahib Ələkbərov deyib ki, bütün bunlar Avropa idman ictimaiyyətini heyrətləndirib. Çünki onlar Azərbaycanın bu qədər yüksək potensialı olduğunu gözləmirdilər.

S.Ələkbərov deyib: “Həm yarışların hazırlığı və keçirilməsi, həm də idmançılarımızın parlaq qələbələri ilk növbədə Azərbaycanda uğurla aparılan idman siyasətinin və Prezident İlham Əliyevin idmançılara qayğısının nəticəsidir. Sözsüz ki, bu diqqət və qayğı yaxın illərdə ölkəmizdə idmanın bütün növlərinin inkişafına təkan verəcək”.