YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrlandiyalı boksçu Keti Teylor: Birinci Avropa Oyunlarında ab-hava möhtəşəmdir

İrlandiyanın nüfuzlu portallarından olan “irishtimes.com” “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı növbəti məqalə yayıb.

Məqalədə köhnə qitədə də nəhayət ki, multi-idman oyunlarının keçirilməsi ideyasının reallaşdığını qeyd edən müəllif Yan Oriordan Avropa Oyunlarının keçirildiyi Bakının gözəlliyini özünəməxsus şəkildə tərənnüm edib.

Yazıda qadın boksunun canlı əfsanəsi irlandiyalı Keti Teylorun Bakıda rinqə çıxmasını və ilk döyüşündə bolqar Denitsa Yeliseyevanı məğlub etməsini xatırladır.

Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan 28 yaşlı boksçu ölkəsini bu cür mötəbər yarışda təmsil etdiyinə görə qürur hissi keçirdiyini deyir: “İki həftədən artıqdır ki, Bakıdayam. İlk qarşılaşma üçün rinqə çıxmaq anını səbirsizliklə gözləyirdim. Əvvəlki illərlə müqayisədə indi qələbə qazanmaqda daha çox maraqlıyam. Özümdən sonra böyük miras qoymaq istəyirəm. Bakıda hər şey əla təşkil olunub. Oyunlarda ab-hava möhtəşəmdir”.