YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçiliyimizin xilaskarı

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan  Partiyası  (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə YAP Qazax rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək  bildirib ki, Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Milli Qurtuluş Gününün Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. O söyləyib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Deputat köməkçisi Akif Əmirov, partiya veteranları şair Cavanşir Rüstəm, Gövhər Rəhimova, Bəsti Ələkbərova, şair Kazım Kazımlı çıxışlarında söyləyiblər ki,  bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.