YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, 1990-cı illərin əvvəllərində respublikada həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi: “Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz taleyini özü həll etmək niyyətində idi. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər bu məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi”.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qurtuluş Gününün Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirli vurğulayıb ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.

İqtisad elmləri doktoru-professor, Əməkdar müəllim İrşad Kərimli, Göyçay rayon Ulaşlı Şıxlı kənd tam orta məktəbinin direktoru Aynur Mahmudova çıxışlarında bildiriblər ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir” adlı videoçarx nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv