YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək inkişaf xətti

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

15 iyun Azərbaycan və Türkiyə münasibətlərində ən tarixi günlərdən biridir. İki il bundan əvvəl 15 iyun 2021-ci il tarixində Azərbaycan və Türkiyə liderləri “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar.

Vətən müharibəsində Azərbaycanın hərbi müttəfiqi olan qardaş Türkiyə Böyük Qələbənin əldə olunmasında müstəsna rol oynamışdır. Müharibədən sonra regionda yaranmış yeni reallıq Azərbaycan və Türkiyə əlaqələrini müttəfiqlik cəhətdən hüquqi müstəviyə qaldırmaq zərurəti yaradırdı. Bu baxımdan Şuşa Bəyannaməsi müttəfiqlik əlaqələrinin geostrateji cəhətdən önəmini daha artırdı.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mütəffiqlik əlaqələrinin geniş istiqamətlərini əhatə edir. Müttəfiqlik əlaqələri dedikdə hər iki ölkə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə yaxın əməkdaşlıq nəzərdə tutulur.

Bəyannamənin digər önəmi ondan ibarətdir ki, bölgədə sülhün sarsılmaz şəkildətəmin olunması və Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyasının sürətlənməsi stimullaşdırılır. İşğaldan azad olunmuş ərazilərin yenidən bərpası üçün sərmayə qoşulunun önəmi nəzərə alınsa Şuşa Bəyannaməsinin bu baxımdan iqtisadi əhəmiyyət kəsb etdiyi də digər xüsusi məqamdır.

Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla gələcək inkişaf xəttini müəyyən etmiş oldular. Həyata keçiriləcək qarşılıqlı hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr və digər təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına öz müsbət təsirini göstərəcəkdir.

DİGƏR Xəbərlər Arxiv