YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha uca zirvələr fəth ediləcək

”1993-cü il Azərbaycan xalqının müstəqillik tarixinin ən ağır illərindən biri idi. Bir tərəfdən hakimiyyət daxili çəkişmələr, bir tərəfdən ümidsiz gələcəyə baxış, digər tərəfdən də torpaqlarımızın işğalı və qaçqın ordusunun yaranması xalqı çıxılmaz bir vəziyyətə salmışdı. Həmin illəri xatırlayanlar çox gözəl bilir ki, gedişat artıq müstəqilliyimizin itirilməsinə gətirib çıxara bilərdi. Çünki səriştəsiz rəhbərlərin hakimiyyət başında olması xalqa ancaq dərd-bəla gətirirdi. Azərbaycanın müstəqillik tarixinin ən qara səhifələri məhz 90-cı illərin əvvəlləri olub. Xalq artıq bir xilaskar axtarırdı. Bu başıpozuq rəhbərlik xalqı elə bir vəziyyətə salmışdı ki, Azərbaycanı ancaq dahi bir rəhbər bu çətinlikdən xilas edə bilərdi. O dahi rəhbər də əlbəttə ki böyük azərbaycanlı Heydər Əliyev idi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

“1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. Yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Bütün bunlar isə Azərbaycan xalqında gələcəyə bir inam, ümid işığı yandırmış oldu. Bu baxımdan Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü kimi tarixdə qalıb. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu bir həqiqətdir ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Əlbəttə bu da əbəs yerə deyil. Çünki ulu Öndərin Azərbaycan rəhbərliyində olması Azərbaycan tarixində yeni bir dönüş nöqtəsi oldu. Ölkəmiz inkişafa qədəm qoydu. Və bugünki güclü Azərbaycan yarandı. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, ölkəmiz günü gündən daha güclü dövlətə çevriləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən biri olacaq”.