YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri: Torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıyıq

İyunun 20-də Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyəti ilə 2015-ci ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, birlik komandirləri, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən orduda aparılan islahatların davam etdirilməsi, hərbi hissələrin döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji durumu, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər haqqında geniş məruzə ilə çıxış edib.

Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Müdafiə naziri yekunda Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafını əsas prioritet məsələ hesab etdiyini bir daha diqqətə çatdırıb və bunun hərbçilər üçün böyük etimad olduğunu xüsusi vurğulayıb. Nazir bildirib: "Etimadı doğrultmaq üçün hamımız xalq qarşısında məsuliyyətimizi dərindən dərk etməli, torpaqlarımızın azad edilməsi məqsədilə gecə-gündüz çalışaraq hər an döyüşə hazır vəziyyətdə olmalıyıq. Bizim başqa yolumuz yoxdur, çünki bu, hər birimiz üçün tarixi məqamdır."