YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Ovçarov: Azərbaycana yenidən gəlməyi və bu ölkə ilə daha yaxından tanış olmağı arzu edirəm

Bakıda olduğum bu bir neçə gün ərzində məndə o qədər gözəl təəssüratlar yarandı ki, Azərbaycana yenidən gəlməyi və bu ölkə ilə daha yaxından tanış olmağı arzu edirəm.

Bu sözləri Avropa Oyunlarında qızıl medal qazanan almaniyalı stolüstü tennisçi Dmitri Ovçarov deyib.

Almaniyalı atlet deyib ki, Bakının gözəlliyi, eləcə də Azərbaycanda idmana, idmançılara göstərilən diqqət və qayğı, onlara bəslənilən xüsusi hörmət, insanların səmimiliyi, qonaqpərvərliyi, milli mətbəxin zənginliyi onda bu ölkəyə dərin maraq yaradıb.

Dmitri Ovçarov həm Azərbaycana “Bakı-2015”in beynəlxalq idman elçisi kimi gəldiyi, həm də birinci Avropa Oyunlarında qızıl medal qazandığı üçün çox xoşbəxt olduğunu bildirib. “Bakı-2015”in mükəmməl təşkil edildiyini deyən almaniyalı atlet vurğulayıb ki, bu, əlbəttə, Oyunlara məsuliyyətlə, hərtərəfli hazırlığın nəticəsidir.