YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram”.