YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşdan qələbələrə gedən yol

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

20-ci əsrin sonlarında ölkəmizdə hər bir sahədə dərin böhran, xaos, nizamsızlıq hökm sürürdü. Digər tərəfdən də AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyində tüğyan edən hərc-mərclik mövcud ictimai-siyasi böhranı daha da dərinləşdirirdi. Artıq Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqımızı belə çətin və ağır vəziyyətdən yalnız və yalnız, hər zaman ən çətin günlərdə xalqının yanında olan, ömrünü xalqına həsr edən, adını tarixə vətəninin, xalqının xilaskarı kimi həkk edən dahi Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin iyun ayının 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycanı xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi kimi təhlükələrdən xilas etdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə mövcud ictimai-siyasi böhran aradan qalxdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Bu proseslərin davamı olaraq idarəetmə sistemi formalaşdırıldı, Əsrin Müqaviləsi və digər enerji müqavilələri imzalandı. Bütün bunlar  Azərbaycanda böyük iqtisadi dirçəlişin yaranması ilə nəticələndi. Eyni zamanda qanunvericilik sahəsində də böyük islahatlar aparıldı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bununla da ölkədə hökm sürən ictimai-siyasi böhran aradan qalxmaqla yanaşı Azərbaycanın sürətli inkişafının əsası qoyuldu.

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun Milli Qurtuluş günü dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir. 15 İyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş günü oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata və qələbələrə aparan yol bilavasitə həmin gündən başlandı.

Bu gün Azərbaycanın inkşafında və əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyev siyasəti dayanır. Əsası Ümumilli Liderimiz tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfində uğurla və layiqincə davam etdirilir. Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Xalqımız öz xilaskarı Heydər Əliyevi hər zaman dərin hörmət və ehtiramla yad edir.