YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı xəyənətkar şarlatanları həmişə ifşa edəcək

“44 günlük Vətən müharibəsindəki qələbəmizi heç cür həzm edə bilməyən daxili və xarici düşmənlərimizin yuxuları ərşə çəkilib. Düşmənin mövqeyi bəllidir və bunu, təbii ki, başa düşmək olur. Amma özünü azərbaycanlı sayan Tofiq Yaqublu kimilərin xalqına, millətinə düşmən kəsilərək ermənilərlə eyni mövqe sərgiləməsi, antiazərbaycançı, avantürist mövqe tutması başadüşülən deyil. İnternet kanallarında xalqın, dövlətin əleyhinə sayıqlamalarla çıxış edən bu cılız düşüncə sahibi hələ də anlamır ki, artıq 1990-cı illər geridə qalıb”.

Bu fikirləri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan dünya çapında layiqli yerini tutmuş, güclü iqtisadiyyata malik, müstəqil siyasət həyata keçirən, Prezident İlham Əliyev kimi qüdrətli lideri olan bir ölkədir: “YAP-ın iqtidar partiyası olduğu 30 illik dövrdə Azərbaycan cəmiyyətinin düşüncəsində - siyasi baxışlarında, fərdi və ictimai təfəkkürdə müsbət dəyişikliklər baş verib. Amma Tofiq Yaqublu kimi gerizəkalılar hələ də 90-cı illərin əvvəlindəki hay-küyçü düşüncədən qidalanırlar. Azərbaycanın günbəgün artan uğurları belələrini ciddi narahat edir”.

“Düşmənlərdən aldığı qrantlara milli maraqları satan, Azərbaycan dövlətinə, Yeni Azərbaycan Partiyasına qarşı virtual aləmdə “hücuma keçən” bu cür xəyənətkar şarlatanları xalqımız həmişə ifşa edəcək. Onlar hər zaman qüdrətli Azərbaycanın qələbələrinə, Yeni Azərbaycan Partiyasının davamlı uğurlarına məyus olacaqlar” ,- deyə V.İsmayılov vurğulayıb.