YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tofiq Yaqublu ermənilərdən təlimat alan siyasi dələduzdur

“Bu günə qədər siyasi kimliyi və mənsubiyyəti bilinməyən, “siyasi dələduzluğu” qazanca çevirən Tofiq Yaqublu növbəti rəzilliyə yol verib. O, bu dəfə də şəxsi həyatının və siyasi karyerasının uğursuzluğunun, siyasi seçiminin gətirdiyi peşmanlığı Yeni Azərbaycan Partiyasına “hücum” edib, ünvanına kin qusmaqla kompensasiya etməyə çalışıb. Lakin Qənimət Zahid və cəbhə trolları üçün oxuduğu monoloqda özünü növbəti dəfə ifşa edib”.

Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Yeni Azərbaycan Partiyasının ünvanına təhqir söyləyən Tofiq Yaqublu əslində özünün və mənsub olduğu Əli Kərimli düşərgəsinin əxlaqi vəziyyətini nümayiş etdirib: “Tofiq Yaqublu unutmamalıdır ki, Azərbaycan ictimaiyyəti onun saxtakar biri olduğunu bilir. Çünki bu, həmin Tofiq Yaqubludur ki, Paşinyanı “demokratik lider", Ermənistanı isə “demokratik ölkə” adlandırır, qızının toyuna getmədiklərinə görə Müsavat partiyası rəhbərliyini təhqir edir, "Çiçəklənən Ermənistan" Partiyasının deputatı olmuş Naira Zöhrabyan ilə sinxron davranaraq ermənidən artıq erməni olub Şuşanın bərpasını "vandalizm", "mənəvi terror" adlandırırdı. Bu, həmin Tofiq Yaqubludur ki, Müsavat Partiyasının formal olaraq üzvü olsa da, oraya buraxılmır, Müsavat Partiyası sədrinin müavini Səxavət Soltanlı tərəfindən məntiqsiz, hətta milli ayrı-seçkilik salan populist adlandırılır. Həyasızcasına Şuşa Bəyanatını “söz şöləni” adlandıran, 44 günlük Vətən müharibəsində dövlətini və xalqını dəstəkləməyən, bircə dəfə də olsun “facebook”da profil fotosunu "Xarı bülbül" ikonası ilə əvəzləməyən, əvəzində müharibə dövründə və ondan sonra da yalnız arutyunyanları tərifləyən, təbliğ edən Tofiq Yaqublu "biz ermənilərdən təlimat alırıq" deyən bir xaindir. Nəinki Azərbaycan və Ermənistan cəmiyyətlərinin, hətta dünya ictimaiyyətinin belə unutduğu, xatırlamaq istəmədiyi “Dağlıq Qarabağ” ifadəsini və qondarma status məsələsini də tez-tez yada salan Tofiq Yaqublunun Şərqi Zəngəzur və Zəngəzur dəhlizi əleyhinə çıxışlarını, narahatlıq statuslarını da heç kəs unutmur. Ümumən, Şərqi Zəngəzur ifadəsini qəbul etməyən, ermənidən artıq narahat olan, Azərbaycanın milli maraqlarına zidd olaraq, “Dağlıq Qarabağ” ifadəsini cümləsinin əvvəlində və sonunda işlədərək “statusu diriltməyə” çalışan birinə nə ad vermək olar?”.

“Tofiq Yaqublu anti-Azərbaycan qruplarının tezislərini səsləndirən biri olmaqla yanaşı, həm də siyasi şoumenliyi bacaran bir “siyasi dələduzdur” ,- deyən Ramil Vəlibəyov əlavə edib ki, “aclıq aksiyası” adı altında rəzillik etməklə 60 min manatlıq avtomobil alan Tofiq Yaqublu hələ də bu günə qədər sosial şəbəkə istifadəçilərinin bu barədə haqlı suallarını cavablandırmayıb: “Sosial şəbəkə istifadəçiləri hələ də sual verirlər ki, heç bir yerdə işləmədiyini deyən, gəliri olmayan, özünü fağır, kasıb kimi təqdim edən Tofiq Yaqublu həbsdən azad olunan kimi 60 min manatlıq maşını nə ilə - hansı pulla alıb? Axı hər kəs görürdü ki, Tofiq Yaqublu məhkəmə zalında, qızı kameralar qarşısında şou göstərir, Yaqublu ailəsinə verilən tapşırığı öhdəliklərinə uyğun olaraq yerinə yetirməyə çalışırdılar. Görünür, “aclıq” şousunu uğurla yekunlaşdıran Yaqublu ailəsinin mükafatı da həmin 60 minlik avtomobil olub. Yalnız bu fakt sübut edir ki, Tofiq Yaqublu ianə, qrant qarşılığında danışır, şoular təşkil edir. Bütün söylənilən faktları nəzərə almaqla demək olar ki, Tofiq Yaqublunun növbəti ianə və qrant tapşırığı da Yeni Azərbaycan Partiyasının ünvanına təhqir söyləməkdən ibarətdir. Lakin budəfəki cəhdləri və həyasızlığı boşa çıxacaq”.