YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm qərarların qəbul edildiyi məkan

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu Öndər 1994-cü ildən təşkil edilən sərgilərə daim dəstək verib. Bu sərgilər neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolu baxımından da sərgilərin böyük əhəmiyyəti vardır. Artıq keçirilməsi ənənə halı almış tədbirlərin açılış mərasimində hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı isə sərgilərin yüksək statusunu bir daha təsdiqləyir.

Cari ilin 31 may tarixində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin aşılısı olmuşdur. İyunun  3-dək davam edən sərgilərdə 38 ölkədən 331 şirkət iştirak etmişdir.

Sərgilərin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər neft-qaz sərgisinin Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaratdığını qeyd etdi. İlk konsorsiumun üzvü BP şirkətinin Azərbaycanda fəaliyyəti barədə ölkə başçısı bildirdi ki, “biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi, - bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində  keçirilən sərgidə BP şirkətinin stendinə də baxdı. BP şirkəti 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və 5 böyük enerji layihəsinin operatorluğunu təhlükəsiz və etibarlı şəkildə həyata keçirir. Bu günədək BP öz tərəfdaşları ilə birlikdə ölkəmizdəki layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Şirkət on minlərlə iş yeri yaratmaqla və genişmiqyaslı sosial sərmayə fəaliyyətləri həyata keçirməklə yerli icmalara müsbət təsir göstərib.

30 illik strateji tərəfdaşımız olan BP şirkəti  yeni qaz mənbələri axtarmaqda davam edir. Hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır. Bu ilin əvvəllərində “Şahdəniz”də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlanılmışdır.

Görülən işlərin nəticəsində böyük qaz ehtiyatlarının aşkar olunacağını və nəticədə Avropaya nəql edilən qaz həcmlərinin artacağı gözlənilir. Bununla regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə əlavə töhfə veriləcəkdir.

Xəzər neft-qaz sərgisinin bir çox ölkələrdən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib.