YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji müttəfiqlik

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə münasibətləri tarixi və milli köklərə bağlıdır. Eyni soykökə, eyni dilə, eyni dinə malik bu iki qardaş xalq tarixin çətin və keçməkeşli günlərində belə hər zaman biri birlərinə dəstək olmuşlar. Bizi bir birimizə bağlayan bu amillər zaman keçdikcə milli birliyimizi, həmrəyliyimizi daha da artırmış və parlaq gələcək naminə birgə addımlamağa böyük zəmin yaratmışdır. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu gün bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə böyük uğurlara imza atmaqdadır. Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 

Eyni zamanda xüsusi ilə qeyd etmək lazımdır ki, iki dost və qardaş ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub.

Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq əlamətdar tarixi hadisələrdən biridə 15 iyun 2021-ci il tarixdə mədəniyyət beşiyimiz sayılan Şuşa şəhərində iki qardaş dövlət arasında imzalanan “Şuşa Bəyannaməsi”dir. Bu tarixi hadisə nəinki Azərbaycan və Türkiyənin həmçinin bütün Türk dünyasının həmrəylik təməli və təntənəsi deməkdir.

Bu gün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik, tərəfdaşlıq sağlam  dostluq və qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Məhz bu sağlam və sarsılmaz dosluq, qardaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsi imzalandı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin sarsılmaz dosluq və qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini özündə ehtifa etmişdir.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə uğurla davam və inkişaf etməkdədir, bu qardaşlıq münasibətləri regionda və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas, başlıca təminatçısıdır.

Hər iki ölkənin ümummilli maraqlarının qorunmasında xüsus əhəmiyyət kəsb edən, eləcə də regional və beynəlxalq strateji məsələlərdə birgə fəaliyyətlərinin qurulmasına istiqamətlənən Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin başçılığı altında regionda yeni reallıqların, sülhün və təhlükəsizliyin təməlini təşkil edir.