YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçayda Milli Qurtuluş Günü ilə əlaqədar intellektual yarış keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatında Milli Qurtuluş Günü ilə əlaqədar “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, intellektual oyununun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

İntellektual yarışda 5 komanda iştirak edib. Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “Çinar” komandası qalib olub.

Qalib və iştirakçı komandalara diplom və hədiyyələr təqdim olunub.