YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin ali məqsədi

Elçin İsmayılov

YAP Goranboy rayon təşkilatının sədri

Azərbaycan hazırda çox müsbət və uğurlu enerji siyasəti həyata keçirir. Neft və qaz resursları təkcə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün deyil. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu gücləndirib. 1994-cü il mayın 24-də Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. Həmin tədbir ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki sərgidə Ümummilli Lider Heydər Əliyev iştirak və çıxış etmişdi. Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da təkmilləşib. Xəzər Neft-Qaz sərgisinin də müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız Ulu Öndərin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyətinin nəticəsi idi.

Mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərinin açılış Azərbaycanın enerji potensialının daha bir göstəricisidir. Bu sərgilər, eyni zamanda Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları xarici investorlara nümayiş etdirmək üçün çox geniş imkanı yaradır. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərinin açılışındakı çıxışıında bu beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb: "1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır.”

 Ölkəmizdə yaradılan əlverişli investisiya mühitini daim önə çəkən Prezident İlham Əliyev gələcək inkişafı təmin etmək üçün xarici bazarlara daha böyük diqqət göstərməyin vacibliyini bildirir. Neft-Qaz amili ölkəmizə böyük canlanma gətirib. Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, “Əsrin müqaviləsi”nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi. Buna baxmayaraq, investorlar üçün gözəl şərtlər təqdim edilmişdir. Hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, iştirakçı dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözunü deyir.

Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkəyə çevrilib. Hər halda Xəzər neft-qaz sərgisinə ildən-ilə marağın artması budan irəli gəlir. Prezident İlham Əliyevin fikrincə, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. "Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun”, - deyə dövlətimizin başçısı əlavə edib. Artıq Azərbaycan dünyanın enerji xəritəsində öz mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Cənab Prezident bu gün Azərbaycanın istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaratdığını bildirib. Prezident İlham Əliyev tərəfindən neft-qaz, eləcə də bərpaolunan enerji sahələrində uğurla siyasət həyata keçirilib. Bunun nəticəsidir ki, Azərbaycan enerji sahəsində beynəlxalq əhəmiyyətli layihələrdə aparıcı rol oynayır. Bu sahəsində əldə edilən uğurlar Azərbaycanın ümumi inkişafına da çox böyük töhfə verib. Neft və qazadan əldə olunan gəlirlər əhalinin rifah halının yaxşılaşdırılması üçün istifadə edilib. Eyni zamanda insan kapitalı amili diqqətdə saxlanlıb. Təbii sərvətlərimizin xalqımızın sosial təminatına və milli maraqların qorunmasına yönləndirilməsi dövlətimizin ali məqsədidir.

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb.

Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumun keçirilməsi qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.

Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz -“Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power”sərgilərində çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın siyasi nüfuzunun yüksəlişi reallığa, gerçəkliyə əsaslanır. Azərbaycan dünya dövlətlətinin siyasi ehtiramı ilə əhatə olunub.