YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ulu Öndərin xalqımız qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq!

Oğuz rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 7-də YAP Oğuz rayon təşkilatı tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov qəlbi daim Azərbaycan ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasıdır.

Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu, zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev Azərbaycanı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib ki, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Müslümat Allahverdiyeva vurğulayıb ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.

İkinci Qarabağ müharibəsi iştirakçısı Sənan Rəşidli, Oğuz rayon Təhsil sektorunun  əməkdaşı Günel Abdullayeva, Vətən müharibəsi şəhidi, Azərbaycan Bayrağı ordenli Tural Məmmədovun atası Arif Məmmədov və Oğuz rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Lalə Salamova çıxışlarında vurğulayıblar ki, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.