YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Mehdiabad 8 saylı ərazi partiya təşkilatında (Mehdiabad 2 saylı sovxoz) “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin tarixi mərhələlərini təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq!”.

Tədbirdə çıxış edən Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Mehdiabad 8 saylı ərazi partiya təşkilatının sədri Sevindik Dünyamalıyev və digərləri də çıxışlarında ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir.

Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv