YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Livan mətbuatında ümummilli lider Heydər Əliyev ilə bağlı məqalə dərc olunub

Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin sədri, "Missiya" Media Qrupunun rəhbəri Ramin Əhmədovun ulu öndər Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar məqaləsi Livanın tanınmış “sadaeliklim” xəbər portalında yayımlanıb. 

“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Livan münasibətlərindəki rolu” sərlövhəli yazıda Ulu Öndərin Azərbaycan-Livan münasibətlərinin qurulması və inkişafında göstərdiyi xidmətlərdən söz açılır. 

Məqalədə Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan və Livan arasında münasibətlərin qurulmasında, imzalanan müqavilələrdən və digər məsələlərdən bəhs edilir. Eyni zamanda məqalədə Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi vurğulanır.