YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: "Uruqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, həmçinin əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul edin.

Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər yaranıb. Bu münasibətlərin iqtisadi, siyasi, mədəni əməkdaşlıq zəminində daha da möhkəmlənəcəyinə tam əminəm.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən yüksək ehtiramımı bildirirəm".