YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1 saylı uşaq evinin sakinləri ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nizami rayonu 1 saylı uşaq evinin sakinləri ilə görüşüblər.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayonu 1 saylı uşaq evinin direktoru Nərminə Zöhrabova uşaq evinin sakinlərini gün münasibətilə təbrik ediblər, ölkəmizdə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan balacalara göstərilən dövlət qayğısından danışıblar.

Bildiriblər ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışçılar həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən söz açıblar.

Sonda xatirə şəkli çəkdirilib, əyləncə proqramı təşkil edilib.