YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək səviyyəli siyasi dialoqun növbəti məntiqli davamı

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun növbəti məntiqli davamıdır. Səfər tərəfdaşlıq əlaqələrimizin daha da güclənməsinə xüsusi töhfə verəcək.

Cari ilin mart ayında Təl-Əviv şəhərində səfirliyimizin açılması Azərbaycan və İsrail münasibətləri tarixində əlamətdar hadisə olmuşdur. Qarşılıqlı əməkdaşlığın daha sıx şəkildə aparılması və əlaqələrin daha yüksək səviyyəyə qaldırılması baxımından səfirliyimizin İsraildə fəaliyyəti xüsusi rol oynayacaq.

Azərbaycan və İsrail arasında münasibətlərin xarakteristikasını yaxından anlamaq üçün ticarət dövriyyəsinin həcminə nəzər yetirmək kifayətdir. Belə ki hər iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Xüsusilə karbohidrogen ehtiyyatlarının ixrac edilməsində etibarlı tərəfdaş olan Azərbaycan uzun illərdir ki,  İsraili xam neftlə  təmin edir. Bu səbəbdən əməkdaşlığın əsas həcmini enerji amili əhatə edir. Azərbaycan və İsrail Prezidentləri mətbuata verdikləri açıqlamada birgə layihələr çərçivəsində ticarət dövriyyəsini şaxələndirməklə onun həcmini daha artırmaq niyyətində olduqlarını bildirdilər. Beləlikə ticarət dövriyyəsi təkcə enerjidən deyil digər iqtisadi imkanlarla daha da zənginləşdiriləcək. İrriqasiya və kənd təsərrüfatı sahələri iqtisadi əlaqələrin gündəliyində perspektiv əməkdaşlıq vəd edir. İsrailin bu sahədəki müsbət təcrübəsi ölkəmizdə kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafına xüsusi tövfə verə bilər.

Müasir dünyadan təhlükəsizlik baxımından ölkələrə qarşı təhdidlərin fərqli formasiyalarda mövcudluğu bu cür təhlükələrə qarşı yeni metodlarla mübarizənin önəmini artırır. Bu baxımdan Azərbaycan və İsrail arasında yeni əməkdaşlıq sahələrindən biri də kibertəhlükəsizlikdir. Müdafiə sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində dövlətçiliyimizin, milli maraqlarımızın və ərazi bütövlüyümüzün qorunması baxımından Azərbaycan İsrailin müasir müdafiə avadanlıqlarından istifadə etməklə öz müdafiə potensialını daha da möhkəmləndirir. Turizm sahəsində qarşılıqlı turist axınının artırılması hər iki ölkənin qarşıya qoyduğu ortaq hədəflərdəndir. Təyyarə reyslərinin sayının artırılması artıq bu istiqamətdə hədəflərə çatmaq üçün irəliyə atılmış əməli addımlardan biridir.