YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 37 nömrəli ərazi partiya təşkilatının və Şuşa rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şuşa rayon Mədəniyyət Evinin direktoru Rüstəm Əliyev, YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı fikirlər səsləndiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Tədbir rəngarəng konsert proqramı ilə davam edib.