YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şahmat yarışı keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin müxtəlif yaş qruplarından olan şahmat komandaları arasında yarışlara start verilib.

Tədbirdə əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Emin Quliyev, rayon Təhsil sektorunun metodisti Lamiyə Məmmədova çıxış edərək şahmatçılara yarışda uğurlar arzulayıblar.

55 şahmatçının iştirak etdiyi və iki gün davam edən yarışın qalibləri mükafatlandırılıb.