YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 132) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin Əsasnaməsi və təsviri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməldiir.