YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı dünyaya tanıdan lider

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında deyib ki, Ulu Öndərin ölkəyə rəhbərlik dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.

Göygöl Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, partiya fəalları Seymur Əsgərov, Salman Balakişiyev, Dilarə Mövlayeva, Könül Kazımova, Akif Rəhimov çıxışlarında qeyd ediblər ki,  bugünkü tarixi nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.