YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda sərbəst güləş üzrə açıq rayon turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının, Qazax Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu, onun böyük xilaskarlıq missiyasını əks etdirən sərgi və fotostendlə tanış olublar.

Qazax Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində göstərdiyi misilsiz xidmətlərdən, onun böyük xilaskarlıq missiyasından, gənclərə və idmana göstərdiyi diqqət və qayğıdan danışıb.

Daha sonra yarışa start verilib.

Gərgin mübarizə şəraitində keçən yarışın qalib komandalarına fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv