YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz sülhün tərəfdarıyıq

28 May Müstəqillik Günü ərəfəsində Azərbaycan xalqı olaraq tarixi anlar yaşadıq. Məhz uzun illərdən sonra Laçın şəhərinin bir qrup sakini öz dogma yurduna qayıtdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 28 May Müstəqillik Günündə onlara evlərinin açarlarını təqdim etdi. Dövlət başçısının azad olunmuş ərazilərimizə hər bir səfəri xalqımıza yeni müjdələr verir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, artıq Şərqi Zəngəzur və Qarabağda həyat canlanmağa başlayıb. Cənab Prezident azad olunmuş ərazilərimizə hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Bugünlərdə Kəlbəcər və Laçında da yeni təməllər atıldı, eləcə də bəzi obyektlərin açılışı gerçəkləşdirildi. 

Millət vəkilinin sözlərinə görə, azad olunmuş ərazilərə böyük qayıdışımızın ilk müjdəsi ötən il Zəngilan rayonunun Ağalı kəndində oldu. Bu ilin martında isə Tərtər rayonun Talış kəndinə qayıdışımız gerçəkləşdi. 28 May Müstəqillik Günündə isə Laçına qayıdışın başlanması çox qürurvericidir.

Deputat qeyd edib ki, Azərbaycanın ən gözəl guşələrindən biri olan Laçın rayonunda ermənilər 28 illik işğal zamanı vandalizm aktı törədiblər. Amma dövlətimiz tərəfindən böyük quruculuq işləri həyata keçirilir, bu ərazilərdə həyat yenidən canlanır. Laçın şəhərinin sakinləri ilə görüşündə Prezidentimiz onları qayıdış münasibətilə təbrik etdi. Dövlət başçısının dediyi kimi, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin ixtiyarına verilib. Bu il iyun ayının sonuna qədər xeyli sayda insanlar Laçına qayıdacaq. Birinci mərhələdə Laçına təxminən 4 minə yaxın qayıdış təmin olunacaq.

“Prezidentimiz Laçın sakinləri ilə görüşü zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən də danışdı. Biz sülhün tərəfdarıyıq. Əgər erməni tərəfi prosesi pozmasa yaxın zamanlarda sülh əldə etmək mümkündür. Əgər sülh sazişi imzalanmasa belə Azərbaycan öz təhlükəsizliyini tam təmin edəcək. Ona görə də, sülh daha çox Ermənistana lazımdır. Cənab Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri də çox önəmlidir. Bununla da, dövlətimiz öz şərtlərini açıqladı. Bu ərazimizdə qondarma qurumların ləğv olunması başlıca şərtdir. Onlar yalnız Azərbaycan qanunları çərçivəsində torpaqlarımızda yaşaya bilərlər”,-deyən  Fatma Yıldırım əlavə edib ki, cənab Prezidentin fikirləri ermənilər və onun havadarları üçün  ciddi mesajdır. Hər kəs bu mesajlardan nəticə çıxarmalıdır.

DİGƏR Xəbərlər Arxiv