YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Separatizmin kitabı bağlanıb

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Mayın 28-də Laçın şəhərində bir qrup sakinlə görüşü zamanı Prezident İlham Əliyev Ermənistanın işğal dövründə apardığı qanunsuz məskunlaşma siyasətinə diqqqət çəkdi. Ermənilər Laçın və Kəlbəcərdə qanunsuz məskunlaşma aparırdılar ki, bu da beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Təbii ki, Azərbaycan işğalla barışa bilməzdi və belə də oldu. Müəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi. Şuşa və bir çox kəndlər azad olunandan sonra Ermənistan kapitulyasiya aktına imza atdı.

Laçın şəhərində sakinlərlə görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi. Məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində Prezident İlham Əliyev yeni yolun çəkilməsinə və yeni yol çəkiləndən sonra Laçın şəhərinin Azərbaycana qaytarılmasına nail oldu. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, ancaq Azərbaycan ilyarım ərzində bu yolu inşa etdi və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərildi ki, bu ərazidən çıxsınlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da Azərbaycan Ordusu Laçına qayıtdı.

Ölkə başçısı sakinlərlə görüşü zamanı onu da bildirdi ki, danışıqlar müddətində müxtəlif mərhələlər, müxtəlif məqamlar olub. Azərbaycana qarşı təzyiqlər və hədələr olub və ölkəmizin işğalla barışması üçün böyük səylər göstərilib. Ancaq Prezident İlham Əliyevin əyilməz mövqeyi, iradəsi bütün bu səyləri alt-üst etmişdir. Ölkə başçısı bir daha vurğuladı ki, torpaqdan pay ola bilməz. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı güclü iradə göstərdi və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Prezident İlham Əliyev Qarabağda qalan separatçılara da çox ciddi xəbərdarlıq etdi. Ölkə başçısı qeyd etdi ki, “Miatsum” və separatizmin kitabı bağlanıb. Müstəqillik xülyası statusun dalınca gedib. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın mövqeyi ilə tamamilə razılaşıblar. Ona görə ki, Azərbaycan haqlıdır öz mövqeyindən kənara bir addım belə atmır. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır.

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdə Ermənistanın saxtakarlıq siyasətinə də diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, bir müddət bundan əvvəl Azərbaycanın iki hərbçisi yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, maksimum iki günə o adamlar qaytarılmalıdır. Azərbaycan tərəfi buna əməl edib. Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycan tərəfi bildirdi ki, bu, dözülməzdir. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər.

DİGƏR Xəbərlər Arxiv