YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimiz əbədidir

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Ağdaş şəhər ərazi partiya təşkilatında “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov, partiya fəalları Anar İbrahimli və Şamil Abdullayev bildiriblər ki, 105 il öncə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixinə olduqca mühüm hadisə kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Çıxışlarda xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördüyü, ölkədə davamlı ictimai-siyasi sabitliyinin bərqərar olunduğu qeyd olunub.

Sonda Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziyanın şagirdləri vətənpərvəlik mövzusunda şeirlər səsləndiriblər.