YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin Azərbaycan üçün tarixi xidmətləri əvəzsizdir

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Müstəqillik Günü”nə həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda sənədli film nümayiş etdilib.

Konfransı giriş sözü ilə açan YAP Qusar təşkilatının sədri David İbramxəlilov ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən, elm və təhsil sisteminin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, kadr potensialının yaxşılaşdırılmasına göstərdiyi qayğıdan ətraflı bəhs edib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi, təhsil işçiləri ərazi partiya təşkilatının sədri Yüzbəy Abuyev, İmamqulukənd kənd tam orta məktəbin tarix müəllimi Suğra Cəfərova, Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev, Zundan Muruq kənd tam orta məktəbinin direktoru Sudya Mançarov çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub.